Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya sülhməramlısı terrorçulara göz yumacaqsa, Azərbaycan anti-terror əməliyyatları həyata keçirəcək”
Rusiya sülhməramlıları Xankəndiyə daxil olub

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan Rusiya sülhməramlılarının gündə bir xəritə cızaraq dövriyyəyə buraxması Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub.

Bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub.

Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Belə ki Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.

Görünür Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir. Rusiyada bəzi dairələrin Azərbaycana qarşı “pomidor müharibəsi”ni də ictimiayyət görür və başa düşür.

Emin Həsənli Emin Həsənli

Hərbi ekspert Emin Həsənli Bizimyol.info-ya açıqlamasında bildirib ki, Qarabağda Rusiya sülhməramlısı Ermənistanın tərəfini saxlayacaqsa və terrorçuların hadisələrinə göz yumacaqsa, Azərbaycan anti-terror əməliyyatlarını özü həyata keçirəcək.

“Ermənistana heç bir inam yoxdur. Ona görə ki, Ermənistan bu qədər müddət ərzində heç bir sözünə əməl etməyib, bağlanan müqavilələrə, öhdəliklərə əməl etməyib, dəfələrlə atəşkəs haqqında müqavilə imzalanıb, hər dəfə Ermənistan pozub. Ancaq bu il sentyabrın 27-dən sonra yeni bir vəziyyət yaranıb, Azərbaycan onlara layiq olduğu cəzanı verdi və torpaqları işğaldan azad etdi. Düşünürük ki, bundan sonra Ermənistan ağlını başına yığar və atəşkəsə əməl edər. Yox əgər Ermənistan ağlını başına yığmayacaqsa, dəmir yumruq yenə onun başına dəyəcək. Düşünməsin ki, bölgədə Rusiya sülhməramlıları var. Zamanında da Rusiya, Qərbə arxayın olub ərkəsöyünlüklər çox edib və bu ərkəsöyünlüklərin bu gün nəticəsini gördü. Zamanında o torpaqlardan sülh yolu ilə rədd olub getsəydi indi bölgədə başqa bir vəziyyət olardı. İndi isə rədd olub getmədi, o qədər canlı qüvvəsini, texnikasını itirdi və biabırçı bir məğlubiyyətlə üz-üzə qaldı. İndi də davam etsə bölgədə Ermənistanın mövcudluğu sual altına düşəcək. Zəfər paradında Türkiyə prezidenti də, Azərbaycan prezidenti də mesajını verdi.

Qərbində Türkiyə kimi dövlət, şərqində Azərbaycan kimi dövlət, bu iki dövlətə sən meydan oxuyasan. Bu ölkələrə əhalisi 2 milyon olan, iqtisadiyyatın olmayan, ordusu olmayan, rüsvayçı məğlub və zəlil durumda yaşayan bir ölkə heç nə edə bilməz. Yox, Ermənistan yenə də havadarına arxayın olursa, səhv edir. Rusiya üçün də bir şansdır ki, Azərbaycanla daimi əməkdaşlığı qoruyub saxlasın”,-deyə hərbi ekspert bildirib.

Emin Həsənli qeyd edib ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə çox yaxşı münasibətləri var: “Hər zaman Azərbaycan qonşuluq siyasətinə çox böyük önəm verib Azərbaycan əməkdaşlıq məkanına çevrilib. Azərbaycanı nə Qərb istifadə edib Rusiyaya qarşı, nə Rusiya istifadə edib Qərbə qarşı, nə İran İsrailə qarşı, nə İsrail İrana qarşı, kimsə kiməsə qarşı Azərbaycanı istifadə edə bilməyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev buna heç vaxt imkan verməyib və cənab Prezident İlham Əliyev də buna heç bir vaxt imkan vermir. O, Azərbaycanı əməkdaşlıq mərkəzinə çevirir.

Sülhməramlıların da missiyası da məlumdur. Sülhməramlıların missiyası hər iki tərəf arasında sülhü bərqərar etməkdir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, o bölgə Azərbaycan ərazisidir. Qarabağdan separatçılar qovulmalıdır, getməlidir, orada heç bir silahlı ola bilməz, heç bir silah, hətta ov silahı belə ola bilməz. Heç bir silah ola bilməz, terrorçular təmizlənməlidir, sülhü Rusiya yaratmalıdır. Əks halda Azərbaycan özü bunu həyata keçirəcəkdir və necə ki, məcburi köçkün adı ilə Xankəndindən Ermənistana qaçıb getmişləri geri qaytarırlarsa, 28 il bundan öncə azərbaycanlılar oradan məcburi köçün düşübdür Xankəndindən, Xocalıdan, hamısı geri qayıtmalıdır. Və bundan sonra bölgədə sülh barədə danışmaq olar, yox əgər orada kimsə, hansısa qüvvə, istər Rusiya sülhməramlısı olsun, istər digər qüvvələr olsun Ermənistanın tərəfini saxlayacaqsa, terrorçuların hadisələrinə göz yumacaqsa, anti-terror əməliyyatlarını biz özümüz həyata keçirəcəyik. Vətəndaşlarımız narazılığı başa düşüləndir. Biz 30 il ərzində şəhid vermişik, qazı olmuşuq ki ərazi bütövlüyü olan müstəqil dövlət kimi yaşayaq. Müstəqillik, ərazi bütövlüyü və milli maraqlar bizim qırmızı xəttimizdir. Bu məsələlərdə Azərbaycan dövləti heç kimə güzəştə getməyib və getməyəcək”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »