Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə prezidentinə kəskin reaksiya İranın Azərbaycana münasibətinin mahiyyətini göstərir
Qulamhüseyn Əlibəyli

"Dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğanın Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şerindən bir parçanı və Azərbaycan xalq bayatısını səsləndirməsinə İranın xarici işlər naziri Cavad Zərifin özünün “Tvitter” hesabında kobud və ağrılı reaksiyası, bunun ardınca Türkiyənin irandakı səfirinin Ərdoğanın Azərbaycana səfəri zamanı “müdaxilə” xarakterli bəyanatına görə XİN-ə çağrılması, İranın Rabitə və İnformasiya Texnologiyaları naziri "Səfəvi dövrünün İran xəritəsi" paylaşıması və İran parlamentində bəzi deputatların açıqlamaları İran dövlətinin Türkiyəyə və Azərbaycana münasibətdə yeritdiyi siyasətin mahiyyətini ortaya qoyur".

Bizimyol.info xəbər verir ki, bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İranın kəskin reaksiyasına münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, İranın xarici işlər naziri bir tərəfdən, Türkiyənin prezidentinə hörmətsizlik ifadə edir, digər tərəfdən isə Araz çayından şimalda olan torpaqların guya "ana vətən İran"-dan zorla ayrıldığını qeyd etməklə Azərbaycan Respublikasının suverenliyinə qəsd edir:

"Bu gün İran öz ərazisində yaşayan 30 milyondan çox Azərbaycan türkünün hüquqlarını kobud şəkildə pozur, işğalçı Ermənistanla əməkdaşlıq edir və ona hər cür yardım göstərir. Belə bir dövlətin xarici işlər nazirindən bundan artıq heç nə gözləmək mümkün deyil. Azərbaycanın işğal olunmuş ərazılərini hərbi yolla azad etməsi Fransa, Niderland kimi İranı da ciddi narahat edib. Məlumdur ki, Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunanda və sonrakı illərdə İran bir dövlət kimi ölkəmizə siyasi və başqa dəstək verməyib. Əksinə işğal olunmuş ərazilərimizdən istifadə edərək Ermənistana hər cür yardım edib. Azərbaycan öz əzəli torpaqlarını azad etməyə başlayanda da İran Ermənistana yardımını davam etdirib. Azərbaycana dəstəyini ifadə edən soydaşlarımızı həbs edərək işgəncəyə məruz qoyub. Azərbaycan ordusu Xudafərin körpülərini nəzarətə götürdükdən sonra İran Ermənistana yardımını dayandırmağa məcbur olub. Azərbaycanın qələbəsi tam reallaşandan sonra isə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirib. Lakin xarici işlər nazirinin dili ilə bir dövlət kimi mahiyyətini dəyişmədiyini, Azərbaycanın Ermənistan üzərindəki qələbəsini və işğal olunmuş ərazilərimizi azad etməsini heç cür həzm edə bilmədiyini bir daha nümayiş etdirdi.

Ona görə də İranın xarici işlər nazirinin və bəzi digər siyasətçilərinin fikirlərinə Azərbaycan tərəfindən rəsmən cavab verilməli, ən azı İranın səfiri XİN-ə cağrılaraq xəbərdar edilməlidir".

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »