İnformatika fənni ilə bağlı mövzuların imtahan suallarına daxil edilməməsi bu fənnin ikinci plana salınmasına səbəb olur.
Bizimyol.info xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Nazir müavini onlayn formatda keçirilən vebinarda çıxış edərək bildirib ki, bu, təhsilin inkişaf etməsində maraqlı olan hər kəsin arzusudur: “Amma birdən-birdə belə qərarın verilməsi mümkün deyil. Bunun üçün pilot platformanın yaradılmasına ehtiyac var”.