Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qubadlı və Zəngilan istiqamətində sərhədlərin dəqiqləşdirilməsi üçün danışıqlar gedir…”
Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video

Ermənistan nümayəndələri bir həftə ərzində Azərbaycanla danışıqlarda ölkənin cənub hissəsində (Zəngəzur,-red.) sərhldərin haradan keçəcəyini dəqiqləşdirəcək. Belə açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Qeyd edək ki, ordumuzun işğaldan azad etdiyi Zəngilan və Qubadlı rayonlarının Ermənistanla sərhəd bəzi ərazilərində hərbi əməliyyatların dayandırılması zamanı hələ bəzi düşmən qruplarının qaldıqları məlum idi. Dünən erməni tərəfi belə xəbərlər yaydı ki, Azərbaycan ordusu Zəngilan və Qubadlının həmin qismində qalan erməni yaraqlılarına ərazini tərk etmək barədə ultimatum verib. Habelə daha əvvəl Azərbaycan ordusunun dövlət sərhədi boyu dəqiqləşdirmələr apararaq ərazilərimizin içərilərinə doğru postlar qurmağa çalışan erməni dəstələrini geri qovduğu bildirilirdi.

Paşinyan təsdiq edib ki, dövlət sərhədinin Sünik vilayətinin Qubadlı və Zəngilan istiqamətindən keçən hissəsində dəqiqləşdirmələr aparılır.

“Noyabrın 10-da Qarabağa dair üçtərəfli bəyanat imzalananda orada Zəngilan və Qubadlı haqda söhbət getmirdi, çünki həmin istiqamətdə ərazilərin 90 faizindən çoxu artıq Azərbaycanın nəzarəti altında idi. Və belə anlayış var idi ki, həmin məsələlər danışıqlar predmeti olmalıdır. İndi intensiv danışıqlar aparılır”,-Paşinyan Facebook-da növbəti canlı yayım zamanı bildirib.(virtualaz.org)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »