Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minomyotçu İsmayıl Füzuli şəhəri uğrunda necə döyüşdü
İsmayıl Sadıqzadə - Minomyotçu

“Düşmənin atdığı mərmi yaxınlığıma düşdü, huşumu itirdim. Gözümü açanda gördüm ki, hospitaldayam…”

Bunu Salyan rayonunun Babazanlı qəsəbəsindən olan Vətən müharibəsi qazisi, 21 yaşlı İsmayıl Sadıqzadə deyir. İsmayıl Əkbər oğlu Sadıqzadə 1999-cu ildə Salyan rayonunda anadan olub. 2016-cı ildə qəsəbədəki 6 saylı orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və hərbi xidmətini 2019-cu ildə başa vuraraq evə qayıdıb. Hərbi xidmət zamanı minamyotçu olub.

İsmayıl bu ilin sentyabr ayının 21-də ehtiyatda olan hərbi qulluqçu kimi yenidən hərbi təlimlərə cəlb olunub. Daha sonra müharibə başlayıb və onun xidmət etdiyi hərbi hissə Fizuli istiqamətindəki döyüşlərə cəlb olunub.

Müharibənin ilk günlərində minamyotçu İsmayıl Sadıqzadə sərrast atışları ilə düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib. Bir neçə erməni postunun ələ keçirilməsi əməliyyatında iştirakçı olub. Oktyabr ayının 1-də Fizuli şəhəri uğrunda döyüşdə düşmənin atdığı mərmi onun yaxınlığına düşdüyündən ayağından ağır yaralanıb. Eyni zamanda ağır kəllə-beyin travması alıb. Sol ayağını dəlib keçən qəlpə yarası nəticəsində baş vermiş qanaxmadan huşunu itirərək xeyli müddət döyüş meydanında qalıb. Gözlərini hospitalda açıb.

Onunla birgə yaralanmış döyüşçülərdən birinin şəhid olduğunu eşidib...

Fizuli hospitalında İsmayılın ayağından axan qanı dayandıra bilmədikləri üçün onu g təcili olaraq Bakıya, Travmatalogiya İnstituna göndəriblər. Burada İsmayıl 2 dəfə əmliyyat olunub. Hazırda həkimlər əməliyyatın nəticələrini gözlədikləri üçün ona dekabr ayının 26-a kimi məzuniyyət verərək evə buraxıblar. İsmayıl deyir: “Həyatımda ən yadda qalan hadisə ad günümü oktyabr ayının 17-də xəstəxanada qeyd etməyimdir. Yaralı əsgərlər, tibb heyəti məni səmimi qəlbdən təbrik etdilər, ağrı-acılarımı bir anlıq unutdurdular...”

Şuşa alınan gün İsmayıl da daxil olmaqla bir neçə yaralı əsgər çətinliklə də olsa xəstəxananın həyətinə düşüb şadyanalığa tamaşa ediblər. Bu səhnəni isə məşhur türk telekanallarından biri çəkərək yayımlayıb.

İndi İsmayılın ən böyük arzusu sağalmaq və ayaqları üstə durmaqdır.

”Müharibədən əvvəl İsmayılın ən böyük arzusu sürücülük vəsiqəsi almaq idi...Allah eləsin ayağı tezliklə sağalsın bu arzusuna çatsın. Allah bütün döyüşçülərimizi qorusun, şəhidlərimizin ruhlarını sevindirsin, ata-analarına səbr versin.O valideynlər başlarını hamıdan uca tutsunlar, əziz balaları torpağımız, namusumuz uğrunda canlarından keçiblər...”-İsmayılın anası Lalə xanım deyir.(virtualaz.org)

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »