“Gürcüstan koronavirus pandemiyasının pik dövrünü artıq keçib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, ölkədə məhdudlaşdırıcı tədbirlər ilk nəticələrini verib.
Baş epidemioloq yoluxma hallarında azalmanın qeydə alınmasına baxmayaraq, arxayınlıq üçün əsasın olmadığını deyib.
A.Qamkrelidze ölkə üzrə tibbi maskadan istifadə göstəricisinin 65%-ə çatsa da, bunun yetərli olmadığını qeyd edib.