Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: “Erməni təxribatlarının olacağı gözlənilən idi”
Yevgeniy Mixaylov

“Xocavənd rayonunda məhv edilməmiş erməni birləşmələrinin təxribatı rəsmi İrəvanın müharibəni bitirmək barədə əldə edilən razılaşmaların şərtləri ilə razılaşmayanlara nəzarəti tamamilə itirildiyini göstərə bilər”.

Bunu “Report”a rusiyalı beynəlxalq məsələlər üzrə ekspert, politoloq Yevgeni Mixaylov deyib.

“Mövcud vəziyyətdə İrəvanın Bakıya iddialarının tamamilə əsassız olduğu tam aydındır. Təxribatlar olarsa, bunun yalnız Ermənistan tərəfdən olacağını gözləyirdim, çünki Azərbaycan güclü, qalib dövlətdir və qarşıya qoyulmuş demək olar bütün tapşırıqların yerinə yetirildiyi zaman münaqişənin kəskinləşməsi ona sərf etmir. Şübhə yoxdur ki, Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə azad edilmiş əraziləri qanunsuz erməni birləşmələrinin qalıqlarından təmizləmək üçün tədbirlər görəcək”, - Y.Mixaylov bildirib.

Ekspert həmçinin qeyd edib ki, həmin ermənilərin guya azmış əsgərlər olması barədə söz-söhbət heç bir tənqidə sığmaz: “Fikrimcə, onlar qəsdən Azərbaycan ərazilərində qalan quldurlardır və hamısı təslim olmazsa, o zaman onları terrorçuların aqibəti gözləməlidir”.

Qeyd edək ki, son günlərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə qalan erməni silahlı birləşmələrin terror-təxribat və diversiya əməllərinə qarşı antiterror əməliyyatı keçirir. Bu yerlər bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələri tərəfindən uzunmüddətli işğaldan azad edilib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »