Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəhidlərimizin qanı hesabına işğaldan azad etdiyimiz əraziləri itirə bilərik” - Politoloq
Şuşa

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub.

Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq. Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda ona düzəliş edilməsinə ehtiyac var.

Politoloq Fərhad Mehdiyev Fərhad Mehdiyev

Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatının 4-cü bəndinə əsasən Ermənsitan orusu ilə paralel Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk etməlidir.

“İşğaldan azad edilmiş hər yerdə Azərbaycan Ordusu yoxdur. Erməni silahlı birləşmələri bu məlumatı hansısa formada öyrənib gəlib həmin kəndlərə giriblər. Bu ərazilərə gələn ermənilər əsgərlərimizi qətlə yetiriblər. Ermənilər Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərindən əvvəl də Qubadlıda və Hadrutda əsgərlərimizi öldürdülər. Bu ərazilərə ermənilərin minalar yerləşdirməsi də istisna edimir. Ermənilər bu əraziləri tanıdığı üçün gecə saatlarında həmin ərazilərə daxil olurlar. Bu proses davam edərsə, şəhidlərimizin qanı hesabına işğaldan azad etdiyimiz əraziləri itirə bilərik.

Azərbaycan hökuməti Rusiya sülhməramlılarının mərkəzilə danışıqlar apararaq Rusiya sülhmərmalılarının həmin ərazidən çəkilməsini təmin etməlidir. Çünki Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatının birinci bəndində göstərilir ki Azərbaycan qoşunlarının təmas xətti hara idisə, orada da qalacaqlar. Yəni hansı ərazilərə biz nəzarət edirdiksə, yenə də biz nəzarət edəcəyik. Rusiya sülhməramlılarının burada işi yoxdur.

Bir məsələ də var. Sözügedən bəyənatın 4-cü bəndinə əsasən Rusiya sülhməramlıları erməni silahlı birləşmələrilə paralel ərazilərdən çıxacaqlar. Bu bəndin üzərində ciddi dayanmaq lazımdır. Laçın və Kəlbəcərlə bağlı ayrı bənd var. Yəni 4-cü bənd digər ərazilərdə olan erməni silahlı birləşmələrinə və Rusiya sülməramlılarına şamil olunur. Belə ki Xandəndindən, Xocalıdan və Xocavənddən erməni silahlı birləşmələri və Rusiya sülhməramlıları çıxmalıdırlar”,-deyə F.Mehdiyev bildirib.

Politoloq Fərhad Mehdiyev bildirib ki, əgər Ermənistan Azərbaycana ağlabatan müddət ərzində Naxçıvana gedə bilmək üçün təhlükəsiz dəhliz verməsə, Laçın dəhlinizi Ermənistan vətəndaşları üçün bağlamaq lazımdır: “Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında olan dəhlizin açılması istiqamətində ağlabatan müddətdə, yəni 6 ay müddətində hər hansı bir tədbir görülməsə, Laçın dəhlizində Ermənistana aid nəqliyyat vasitələrinin hərəkətini dayandırmalıyıq. Azərbaycan Vyanna Müqavilələr hüququ Konvensiyasının 60.1-ci maddəsini əsas götürərək, Laçında verdiyi sərbəst keçid hüququnu dayandıra bilər. Müqavilə 3 tərəfli olduğu üçün tərəflərdən biri şərtləri pozarsa, digər maraqlı tərəf də müqavilənin müəyyən hissəsindən və ya bütünündən çıxdığını bəyan edə bilər. Yəni Rusiyaya qarşı deyil, Ermənistana qarşı bunu edə bilər. Yəni ruslar Laçın dəhlizindən istifadə edə bilər, amma ermənilər 10 noyabr bəyanatının 9-cu bəndinin, yəni Naxçıvanla əlaqənin bərpa olunmasına icazə vermədikləri üçün Ermənistan vətəndaşlarının Laçın dəhlizindən istifadəsi qadağan oluna bilər”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »