Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti qələbə - “SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub
SOCAR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən istehsal edilə türkmən neftinin alınması üzrə tenderi udub.

Bu barədə “Argus media” xəbər verir.

Bununla da “SOCAR Trading” “Vitol” şirkəti tərəfindən Türkmənistanda 2017-ci ildən satın alınan neftin bir hissəsini portfelinə qaytarıb.

Bu tenderin nəticəsinə görə “SOCAR Trading” neft bazarının ENOC, “Vitol”, “Rosneft”, “Lukoil” və “Trafigura” kimi nəhənglərini ötüb.

Bazar iştirakçıları hesab edirlər ki, bu, Mahaçqala və Novorossiysk üzərindən tranziti azaltmaq hesabına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkmənistan xammalının tədarükünün artmasına səbəb ola bilər.

SOCAR-ın vitse-prezidentinin müavini Adnan Əhmədzadə “Report”a açıqlamasında sövdələşməni təsdiqləyib.

Məlumata görə, “Eni Türkmenistan” 2021-ci il ərzində hər ay 30-40 min ton “Okarem” nefti göndərməyi planlaşdırır.

Yanvar-noyabrda Türkmənistandan “Okarem” neftinin ixracı 341 min tonadək artıb. Ötən ilin eyni dövründə bu göstərici 310 min ton təşkil edirdi.

Bütün həcm “Transneft” sistemi üzrə Novorossiyskə nəql olunma məqsədilə tankerlərlə Mahaçqala istiqamətində nəql edilir.(report)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »