Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist bir ayağını, iki gözünü itirmiş qazi qardaşı üçün kömək istəyir
Xalid Gülməmmədov

“Sputnik Azərbaycan” agentliyinin redaktoru Ülviyyə Gülməmmədova Vətən müharibəsində ağır yaralanmış qardaşı Gülməmmədov Xalid Malik oğluna yardım edilməsini xahiş edir. Xalid Vətən müharibəsinə könüllü gedib, müharibə başa çatandan sonra, yəni noyabrın 11-də minaya düşərək bir ayağını, iki gözünü itirib. Lakin Xalid özü hələ tamamilə gözlərini itirməsindən xəbərsizdir. Güclü stress keçirdiyinə görə ailə bunu ona deyə bilmir. Qazimizin gözlərinin yenidən övladlarını, əzizlərini görməsi üçün şans var. Lakin bunun üçün külli miqdarda vəsait lazımdır -800 000 dollar.

Ailənin problemini Ülviyyə xanımın öz dilindən eşidək.

“Xalidin 40 yaşı var. 3 uşaq atasıdır. Müharibəyə qədər avtomobil servisində işləyirdi. Müharibə başlayan kimi özü könüllü səfərbərlik xidmətinə getdi ki, döyüşlərə qatılsın. Hərbi mükəlləfiyyəti olmadığına görə, onu aparmadılar. Müharibədən öncə dəfələrlə əsgərlərə yardım aparmışdı, səngər qurulması üçün təkər daşımışdı. Orda tanış olduğu komandirlərdən birindən xahiş edib ki, onun orduda yük daşımasına imkan versinlər. Özünün UAZ markalı avtomobili var idi. Oktyabrın birindən müharibə qurtarana qədər ön cəbhədəki zərbə qruplarına ərzaq daşıyıb, yaralıların geri daşınmasına kömək edib. Noyabrın 10-da zəng etdim ki, “qələbədir gəl”. O da dedi ki əmr almamışıq, gələ bilmərəm. Ayın 11-də Suqoşuşandan ön cəbhəyə yenə ərzaq daşıyarkən yol palçıq olub. Maşın qalxmayıb. Avtomobildən düşüb. Yolun kənarında mina partlaması nəticəsində iki gözünə və ayağına qəlpə dəyib. Yoldaşları da minaya düşməsin deyə geri sürünüb, yoldaşları gətirib maşına.. Naftalana aparılıb. Orda ayağını amputasiya ediblər və hər iki gözünün almasını çıxarıblar. O elə bilir ki, bir gözü salamatdır. Çünki, danışanda deyir ki, həkim gözümə işıq salanda işığı hiss etdim. Bizə də hər iki gözünün olmadığını bir neçə gün sonra dedilər. Mən araşdırdım. İsraildə belə bir çarə tapıblar. Gözünü itirən şəxsin beyinə çip yerləşdirilir, göz alması əvəzinə kamera yerləşdirilir.

Nanotexnologiya ilə. İsrail bunu öz əsgərlərinə havayı edir. Bu sahə üzrə əsas mütəxəssis İngiltərədə yaşayır. Daha 3 mütəxəssis də İsaildə var. Yanvar ayında həmin mütəxəssis İsrailə səfərə gedəcək. Bu əməliyyatı bizim öz hesabımıza etdirməyimiz üçün 800 000 dollar vəsait lazımdır. Mən anlayıram ki, bu dövlət üçün böyük vəsaitdir. Yaralı və şəhid ailələri çoxdur. O əvvəlcədən bilsəydi bəlkə bu qədər üzülməzdim. Qardaşım hələ də gözlərinin yerində olduğunu düşünür. Dövlət onun ayağının protezinin hazırlanmasını üzərinə götürüb. Amma mən də qardaşımın gözünün görməsi üçün imkanlı insanlardan dəstək gözləyirəm. Bank hesabı açmışıq. Hələlik 20 000 manat vəsait toplanıb. Fəaliyyətə başlayanda YAŞAT fonduna da müraciət edəcəm. Qardaşım cəbhəyə özü könüllü gedib, səfərbərlik xidməti aparmayıb. Onun bir ay ərzində xidmətdə olduğu müddətdə onunla işləyən komandiri başqası əvəzləyib deyə, qazi kimi qeydiyyata da alınmasında problem var. Lakin bütün əsgər yoldaşları deyirlər ki, lazım gəlsə biz şahidlik edəcəyik. Hospitalın epiqrezində də yaralanıb, hansı hissədən gətirilməsi barədə məlumat əksini tapıb. Ümid edirəm, qardaşıma qazi adının verilməsində məhkəmə ədalətli qərar çıxarar. Mən imkanı olan hər bir kəsdən bir qazimizin dünyanı yenidən görməsinə yardımçı olmalarını xahiş edirəm”.

Qazi Gülməmmədov Xalid Malik oğluna dəstək olmaq üçün bank kartını da təqdim edirik:

İlhamə Rəsulova

Xalid Gülməmmədov

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
››› Rövnəq Abdullayev vəzifəsini icra edir
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
Son xəbərlər
Bütün xəbərlər »