Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə evlərdən oğurluq edən şəxslər saxlanılıb
Həbs

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində ayrı-ayrılıqda oğurluq edən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Qəhrəman Qəhrəmanov qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və saxlamaqda şübhəli bilinərək Polis İdarəsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman 2 qram narkotik vasitə olan “heroin”, yaşadığı evə baxış keçirilən zaman isə oradan 1 qram maye halında narkotik vasitə olan “heroin” 1 ədəd kibrit qutusunda toz halda çəkisi 3.45 qram narkotik vasitə olan “heroin” və 0.77 “metofetamin” aşkar edilərək götürülüb. Q. Qəhrəmanovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o qonşusuna məxsus fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan 10.000 manat nağd pul və 5.000 manat dəyərində geyim və ev əşyalarını oğurlayıb.

Bundan başqa ŞBPİ-nin Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində baş vermiş digər bir oğurluq hadisəsini törədən şəxsin kimliyi müəyyən

edilib.

Belə ki, aparılan araşdırmalar zamanı noyabr ayının 27-də şəhər ərazisindəki ticarət mərkəzlərinin birində fəaliyyət göstərən geyim mağazasından 10.000 manat dətərində müxtəlif geyim əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Razi Rzayev saxlanılıb. İlkin dindirilmə zamanı R.Rzayev törətdiyi cinayət hadisəsini etiraf edib, oğurladığı əşyaları sataraq pulunu xərclədiyini etiraf edib.

Faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »