Fransa və Almaniyanın İrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizimyol.info xəbər verir ki, İranın etirazı iki Avropa ölkəsinin nümayəndələrinə çatdırılıb.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib ki, Fransa və Almaniyanın rəsmi nümayəndələrinə Avropanın digər ölkələrdə terrorun və iğtişaşların dəstəklənməsi ilə bağlı ikili standart yürütdüyü bildirilib.
“Nüvə alimi Möhsün Fəxrizadənin terror edilməsində lazımi mövqe bildirməyən Avropa dövlətləri bu dəfə dərhal müdaxilə xarakterli addımlar atıblar”,- deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, İranda 2017-2018-ci il iğtişaşlarında əli olduğu deyilən və İran əleyhinə casusluqda ittiham olunan xəbər portalının rəhbəri Ruhulla Zəmin edamından sonra bır sıra Avropa dövlətləri rəsmi Tehrana qarşı bəyanat veriblər.