Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Zülfüqarov: F-16-ların Azərbaycanda varlığı elə hərbi baza deməkdir
Tofiq Zülfüqarov: F-16-ların Azərbaycanda varlığı elə hərbi baza deməkdir

Bizimyol.info-nun müsahibi keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağda baş verən hadisələrin siyasi şərhini verir.

- Tofiq müəllim, rus sülhməramlıların Qarabağda missiyası sadə azərbaycanlılarda narahatlıq yaradıb. Münaqişə bundan sonra necə həll olunmalıdır?

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

- Siyasi faza hələ davam edir. Çünki, hələlik bir çox ərazi sülhməramlıların nəzarəti altındadır. Qarabağda Azərbaycanın suverenliyinin bərpası prossesi siyasi yolla baş verməlidir. Bu prossesin mahiyyəti məhz bundan ibarətdir. Suverenlik tam şəkildə rus sülhməramlıların yerləşdiyi ərazilərdə də bərpa olunmalıdır. Dünya bizim hərbi əməliyyatların aparılmasına müsbət baxırdı. Yəni biz öz ərazilərimizi azad edirdik. Amma biz Xankəndində hərbi əməliyyatlara başlasaydıq, Fransa bu hadisədən mütləq istifadə edəcəkdi. Yadınıza salım ki, BMT-də Fransanın çağırışı ilə bir iclas keçirildi və Fransanın təklifi ondan ibarət oldu ki, xüsusi qətnamə qəbul olunsun, Azərbaycana qarşı. Böyük Britaniya bu istəyə veto qoydu. Fransanın istəyi nədən ibarət idi? Hay-küy qaldırıb “genosid-2 başlayır” kampaniyası yaratmaq. Azərbaycan məhz bu təhlükədən özümüzü qorumaq üçün sülhməramlıların gəlişinə razılıq vedi. Genosid 2 qəbul olunsaydı, bizi Suriyanın taleyi gözləyirdi . Çox adam başa düşmür, amma bizi bu gözləyirdi.

- Minsk qrupunda həmsədr olan Fransanın fəaliyyəti adekvat olmadı. Fransa hansı prinsiplərlə belə ağlasığmaz qərarlar verirdi?

- Biz yaxşı başa düşməliyik ki, bu münaqişə bir idarəetmə mexanizmidi. Bir çox qüvvələrə bu prosses lazımdır, onlar həll yolu axtarmırlar. Təbii ki, Fransa da burda özünə bir yer saxlamağa çalışırdı. İqtisadi maraqlarını düşünərək bilirdi ki, Azərbaycan ondan asılı olmasa, səhər Fransadan avtobus , təyyarə və.s almayacaq. Bizə pafos yox, onların nə istdiyini başa düşmək lazımdır. Münaqişə bizə təsir etmək üçün, bizi idarə etmək üçün lazımdır. Cənab Prezident bu fikirləri səsləndirir. Minsk qrupunun qayıdışını da onlar istəyir və bu təsir imkanları daha geniş ola bilər. Bizim qəbul etdiyimiz Rusiya-Türkiyə formatı qeyri səmimi oyunçuları uzaq məsafədə saxlamaq imkanı yaradır. Biz üçümüz regiondakı vəziyyəti öz xeyrimizə həll etməyə çalışacağıq. Tezis şəklində ifadə etmiş oldum. Bundan da açıq danışmağı düzgün hesab etmirəm.

- Bəyannamənin bəndinə əsasən bölgəyə 5 illik sülhməramlılar gəldi. Rusların Türkiyə olmadan gəlişini Azərbaycan xalqı bir qədər fərqli aspektdən qəbul elədi. Bu barədə nə deyərdiniz?

- Türkiyə ordusu Azərbaycana dünən gəlməyib. 90-cı illərin əvvəlindən burda çoxlu sayda müşavirlər vardı. Adi insanların bilmədiyi məsələlər çoxdur. Gəncədə F-16-lar var. Naxçıvanda türk hərbi müşavirləri var. Onların möqeyi güclüdür.

- Sizə qarşı sosial şəbəkələrdə çıxışlar oldu. Deyirlər siz türk hərbiçilərinin gəlməsinə qarşısınız?

- Bu tamamilə yanlış yanaşmadır. Demişdim hətta ki, bu sözü dediyimi təsdiq edənə 500 manat verəcəm. Bu təxribatdı sadəcə. Yeni Türkiyə- Rusiya formatının formalaşması, baş verən danışıqlarının əsas məsələsi 3 idi. I bəyannaməyə Türkiyənin qoşulması. II müşahidəçilər missiyasının fomalaşması və Türkiyənin iştirakı. III Türkiyənin ruslarla yanaşı post-patrul xidmətinin formalaşması. Diplomatik qaydalara görə, bəzən bir şərti qurban verirsən ki, digər əsas məsələləri qoruyasan. Mən təhlilimdə qeyd etdim ki, III məsələ türk diplomatlar tərəfindən qurban veriləcək. Az çox təcrübəm var, bilirdim bu belə olacaq. Ermənistan Türkiyənin bu formatda nüfuzunu azaltmaq üçün təxribatlar edəcəkdi. Hansısa əsgər ölümləri, mülki şəxslərin ölümləri baş verəcəkdi. Deyəcəkdilər türk gəldi, bizi qırmağa. Buna yol verməmək üçün türk əsgəri ön xəttə çıxarılmadı və mən də bunu təklif etmişdim.

- Sülhməramlı nə eləməlidi, müşahidəçi nə eləməlidir? Konkret cavab varmı?

- İndi bu suala kimsə cavab verə bilməz. Çünki onların davranış qaydalarını tənzimləyən mandatı yoxdur. Mandatsız fəaliyyət olmur. Patrul xidmətini soruşsanız, mən onu 3 tərəfli görürəm. Azərbayan hərbi polisi, erməni polislər və ruslar. O ermənilər ki, Azərbaycan vətəndaşıdırlar. İndi kommersiya əsasında bir qurum yaradılmalıdır. Azərbaycan büdcəsindən maliyyələşən erməni patrulu olmalıdır ki, o bizə məxsus olduğunu bilsin. Bu ilkin mərhələdə belə olmalıdır. Hərbi polisimiz Xankəndinə də, Xocalıya da gedə bilsin.

- Rusiya sülhməramlılarının fəaliyyətində ermənipərəst möve seçilməkdədir.Gah bizi qıcıqlandıran xəritələr tərtib edirlər, gah hansısa bəyanatlar səsləndirirlər.

- Ona görə deyirəm ki, 3 tərəfli patrul olmalıdır. Silahlı adam görərkən tərksilah etməlidirlər, bəyannamədəki işləri görməlidirlər. Bizə Türkiyə- Rusiya tərəfdaşlığı bu gün daha sərfəlidir. Bu dövlət maraqlarımıza xidmət edir.

- Bir çox ekspertlər, politoloqlar Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasının vacibliyini qeyd edirlər.

- Biz baza deyəndə nəyi nəzərdə tuturu? Hansısa düşərgəni, üzərinə baza sözü yazılmış binanı? F16-ların Azərbaycana varlığı özü elə bazadır. Artıq baza mövcuddur. Müəyyən qurumlar altında bu baza var. İldə bir neçə dəfə hərbi qüvvələrimizin birgə təlimi baza deyilmi. O hesabla Türkiyədə də Azərbaycamn bazası var. Siyasi streotiplərdən uzaqlaşmaq lazımdır. Biz Türkiyənin hərbi köməyini hər gün hiss edirik. F16-nın Azərbaycanda varlığı bazadan da təsirlidir.

- Ermənistanın təzminat əvəzinə torpaq verməsi təklifləri də səsləndirilir. Bunu da dövlət borcu 10 milyard, dövlət büdcəsi 2-3 milyard dollar olan məğlub bir dövlətin ödəyə bilməyəcəyi ilə əlaqələndirirlər.

- Təzminat məsləsi hüquqi sənəd kimi formalaşdırılmalıdır. Bəyanat ayrıdır, hüquqi sənəd ayrı. Beynəlxalq məhkəmələrin qərarları olmalıdır. Ermənistana hansısa sanksiyalar verilməlidir ki, o təzminatı ödəsin. Pulu yoxdur, necə ödəyəcək və.s demək düz deyil. Onun yerinə biz fikirləşməli deyilik. Ermənistanın bizə qarşı qara təbliğatının qarşısını almaq üçün biz təzminat və sanksiyaların tətbiqini gündəmdə saxlamalıyıq. Nə şəkildə ödəyəcəklər bu artıq onların qərarı olacaq. Biz ona nail olmalıyıq ki, ermənilər özləri bizə təkliflə gəlsinlər.

- Paşinyan gedəcəkmi qalacaqmı?

- Məncə bir müddət qalacaq. Ermənistanın daxili və xarici siyasəti ziddiyətlidir. Rusiyadan təhlükəsizlik qarantiyası istəyir. Amma erməni xalqı və siyasəti qərbə meyillidir. İndi qərb Paşinyana təzyiq göstərməyəcək, Paşinyan yenidən qərbə meyillənəcək. Paşinyan hələ hakimiyyətdə qalacaq. Ən az yarım il. Ola bilsin sonra daha da uzatsın bu müddəti. Paşinyanı Ermənistan cəmiyyəti dəstəkləyir. Qərb yönümlü siyasətinə görə. Baxmayaraq ki, onlar bu yolda Qarabağı itiriblər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »