Bakı şəhərində minik avtomobili yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.