Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaralı komandirini 10 kilometr çiynində daşıyan şəhid Tağı kimdir...
Yaralı komandirini 10 kilometr çiynində daşıyan şəhid Tağı kimdir...

Birinci Qarabağ müharibəsində düşmənin göz dikmək istədiyi Naxçıvan MR Sədərək döyüşlərinin ən şiddətli vaxtlarında elə Sədərəkdə dünyaya gəlir, 28 ildən sonra ikinci Qarabağ döyüşlərində, torpaqlarımızın işğaldan azad edilməsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə çatır.

Onun atası İlham Abdullayev 1-ci Qarabağ müharibəsi zamanı Sədərəyin müdafiəsində böyük şücaətlə vuruşub qazi olmağın, oğlunun isə ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin qürurunu yaşayır.

Tağı Abdullazadənin XTQ hərbiçisi kimi hərbi xidməti Naxçıvandan başlasa da, sonradan Füzulidə, daha sonra Hadrut istiqamətində gedən döyüşlərdə başa çatır. Oktyabrın 30-da işğaldan azad edilən hər torpağımıza sancdığı bayraqdan da uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəlir.

30 dan çox düşməni məhv edir. Yaralı, gözlərini itirmiş olan komandirini 10 km-dən çox çiynində gətirir. Bu barədə komandiri şəhidin 40 mərasimində qəbri üstündə danışıb. Özündən sonra ailəsinə yalnız fəxarət hissləri və 4 yaşlı Yusifi miras qoyub gedir. Həmin Yusifi ki, anası onu atasının layiqli davamçısı kimi böyüdəcək. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »