Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN-dən ermənilərin Xocavənddə törətdikləri təxribatla bağlı açıqlama
Xarici İşlər Nazirliyi

Son günlər ərzində, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatı həyata keçirilir. Sözügedən ərazilər uzun illər davam edən erməni işğalından Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən bu yaxınlarda azad edilib. Məsələ ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin cari ilin 13 dekabr tarixli birgə açıqlamasında ətraflı məlumat verilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.

"Rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Belə ki, təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib. Öz növbəsində, Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər.

Xatırlatmaq istərdik ki, böyük səylər nəticəsində qəbul olunmuş Bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq.

Azərbaycan Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcək".

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Azəriqaz”dan Xırdalandakı partlayışla bağlı açıqlama
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »