Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya sərt karantin rejiminə keçir
Karantin koronavirus maska dezinfeksiya

Almaniya hökuməti yeni növ koronavirusun (COVİD-19) yayılma tempini azaltmaq məqsədi ilə bu il dekabrın 16-dan 2021-ci il yanvarın 10-dək ölkədə sərt karantin rejimi tətbiq edəcək.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Almaniya Baş naziri Angela Merkel federal torpaqların baş nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.

A. Merkel deyib ki. Noyabrın 2-dən tətbiq olunan tədbirlər yetərli deyil, Almaniyada yenə də koronavirusa yoluxmaların sürətlə artdığı müşahidə olunur: “Biz hərəkətə keçməliyik və bunu indi edirik. Federal və yerli hakimiyyətlər ərzaq və bəzi mağazalar istisna ilə, ticarət mərkəzlərinin bağlanması, ictimai yerlərdə spirtli içkilərdən istifadənin və pirotexnikanın satışının qadağan edilməsi ilə bağlı razılığa gəliblər. Yeni il bayramında yığıncaqlara qadağa qoyulur”.

Baş nazir xüsusi hallar istisna ilə, məktəblərin və uşaq bağçalarının açıq olacağını, onlayn tədrisin genişlənəcəyini nəzərə çatdırıb.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »