Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Müdafiə Nazirliyi: “Birgə Rusiya-Türkiyə Mərkəzinin fəaliyyətə başlaması üçün tədbirlər görülməkdədir”
Türkiyə Müdafiə Nazirliyi

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün hər iki ölkə arasında qəbul edilmiş memoranduma uyğun olaraq Azərbaycan və Rusiya ilə koordinasiya şəraitində lazım olan tədbirlər görülməkdədir”.

APA-nın xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin (MN) həftəlik yayınlanan görüntülü mətbuat bülletenində nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəbnəm Aktop bildirib.

Ş. Aktop deyib ki, Ermənistan işğalından azad edilən Azərbaycan torpaqlarının minalanmış ərazilərini təmizləməyə kömək məqsədilə Türkiyənin Xüsusi Mina Axtarma-Təmizləmə (ÖMAT) Birliyi tərəfindən azərbaycanlı hərbçilərə xüsusi təlimlər keçirilir:

“Azərbaycanın 44 gün qətiyyətlə, rəşadətlə davam edən mübarizəsi nəticəsində qazandığı zəfəri bir daha təbrik edirik. Türkiyə olaraq “İki dövlət bir millət” anlayışı ilə bu günə qədər kədərində də, sevincində də yanında olduğumuz can qardaşlarımıza dəstəyimiz bundan sonra da davam edəcək”.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılması ilə bağlı qərar verilib. Mərkəz Ağdamda fəaliyyətə göstərəcək.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »