Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ləğv olunan 4 bank üzrə kompensasiya ödənişlərinin 90%-i təmin olunub
Manat - Maaş

Bu ilin iyunun 16-dan dekabrın 10-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 233,42 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) "APA-Economics"ə verilən məlumata görə, "AGBank" üzrə 4 533 əmanətçiyə 108,93 mln. manat, "NBCBank" üzrə isə 4 122 əmanətçiyə 124,48 mln. manat kompensasiya verilib.

İyunun 1-dən dekabrın 10-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 374,65 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 715 əmanətçiyə ödənilən məbləğ 138,03 mln. manat, "Atabank" üzrə isə 9 657 əmanətçiyə 236,33 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, dekabrın 10-na 24 027 əmanətçiyə bu məbləğin 608,07 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 90%-i təmin olunub.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »