Bakı şəhərində minik avtomobili yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobilinin salon hissəsi yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.