Sabirabad sakini qadın tərəfindən bıçaqlanıb.
Sabirabad rayonunun Moranlı kənd sakini, 1983-cü il təvəllüdlü Abbasov Fikrət Məhərrəm oğlu münaqişə zəminində 1983-cü il təvəllüdlü Ruqiyyə İsmayılova tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin daxilə dəlib-keçən yarası diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.(apa)