Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hande Harmancı: "Azərbaycan hökuməti koronavirusla mübarizədə bütün tədbirləri görür"
Hande Harmancı

"Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizədə tövsiyə etdiyi qaydalarla bağlı Azərbaycan hökuməti Operativ Qərargah nəzdində bütün tədbirləri görür".

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O qeyd edib ki, dünya ölkələri də nə vaxt ictimai tədbirlər həyata keçiribsə, yoluxma sayı azalıb, tədbirlər yumşaldılansa isə yoluxma artır: "Ona görə də qaydalara əməl etmək çox vacibdir. Yəni respirator gigiyenaya əməl etmək, ara məsafəsinin gözlənilməsi, əllərin tez-tez yuyulması çox vacibdir. İndi qış olduğu üçün insanlar daha çox qapalı yerlərdə otururlar, ona görə tez-tez otaqlarda pəncərələri açılıb havanın dəyişməsi vacibdir. Lazım gəlsə, ikiqat artıq geyinin, amma otağın havasını tez-tez dəyişin".

H.Harmancı deyib ki, bütün ölkələr, eyni zamanda Azərbaycan da lazım olanı edir, çünki səhiyyə sisteminin yükü azaltmalıdırlar: "Əgər yoluxma sayı və ölüm bu sürətlə artarsa dünyanın heç bir ölkəsində xəstəxanalarda nə yataq yeri çatar, nə həkim, nə də tənəffüs aparatı. Bir tərəfdən də ölkələr iqtisadiyyatı canlı tutmaq məcburiyyətindədir. Bu ikisi arasında bir uyğun variant tapmağa çalışırlar. Bu da gözlənilən bir şeydir".

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »