Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümummilli lider Heydər Əliyevin anim gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Videokonfrans

Dekabrın 11-də Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” adlı beynəlxalq videokonfrans keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə ölkəmizin xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, Gürcüstanla parlamentlərarası işçi qrupunun üzvü Əminə Ağazadə, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia, Gürcüstan Parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrunun rəhbəri, GUAM PA-dakı Gürcüstan nümayəndə heyətinin rəhbəri Kaxa Kuçava, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataradze və digər rəsmi şəxslər iştirak edib.

Video-konfransı açan Azərbaycanın Gürcüstandaki fövqəladə və səlahiyyətli Səfiri Faiq Quliyev bildirib ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr 1993-cü ildən - Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir.

Arzu Nağıyev Arzu Nağıyev

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Gürcüstanla əlaqələrinə daim xüsusi diqqət yetirib və onun çətin dövrlərində dost ölkə kimi qardaşlıq yardımını əsirgəməyib. Hələ 1994–cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bütün çətinliklərə, təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və təkidi ilə enerji layihələri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin məhz dost Gürcüstandan keçəcəyi barədə qərar verilib. Hazırda Ümummilli Liderimizin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən enerji layihələri nəinki Azərbaycanın, bütövlükdə regionun inkişafında mühüm rol oynayır.

Sonra çıxış edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev vurğulayıb ki, Ulu Öndərimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olmuşdu.

Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar, quruculuq işləri, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr son nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşdı. Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü qorumağı bacarır, Vətən müharibəsi bunun bariz nümunəsidir. Döyüş meydanında, diplomatik müstəvidə, informasiya məkanında, daxili siyasi müstəvidə aparılan ardıcıl, sistemli tədbirlər nəticəsində elə bir qələbə qazandıq ki, bu gün bütün dünya ölkələri, siyasi mərkəzlər bu barədə müzakirələr edir, təhlillər verirlər. Deputat Azərbaycanın Vətən müharibəsi zamanı Gürcüstan xalqının mənəvi dəstəyinə görə təşəkkürünü bildirib.

Sonra çıxış edən Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kaxa Kuçava Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolundan, iki ölkə arasında strateji tərəfdaşlıq, həm hökumət, həm də parlament səviyyəsində səmərəli əməkdaşlıq məsələlərindən danışıb. Bildirib ki, bu cür münasibətlər hər iki tərəf üçün daim strateji əhəmiyyət daşıyaraq xalqlarımızın milli mənafeyinə söykənir.

Elnur Allahverdiyev Elnur Allahverdiyev

Sonra GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əminə Ağazadə öz fikirlərini bildiriblər. Deputatlar qeyd ediblər ki, gürcü və Azərbaycan xalqlarını tarixi dostluq telləri birləşdirir. Bildirilib ki, müstəqillik dövründə ölkənin vətəndaş müharibəsindən xilas olması, Ermənistanla atəşkəsin əldə edilməsi, sonra isə güclü ordu quruculuğuna başlanmasının, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, səmərəli xarici siyasətinin əsasları da məhz böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması da Heydər Əliyev siyasətinin Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nəticəsidir.

Bununla da Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” adlı beynəlxalq videokonfrans başa çatıb.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »