"Cənab Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyatı qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası hazırlanıb".
Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, layihə müzakirə olunub və aidiyyəti üzrə hökumətə təqdim olunacaq.