Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 12 dekabr, 2020
Bürclər

Qoç - uğursuz, əlverişli olmayan gündür. Qüvvələrinizi olduğundan az saymayın. Bədxah və düşmənləriniz hesab etdiyiniz qədər qüdrətli deyillər.

Buğa - münasibətlərdə harmoniyanı qısqanclıq və şübhə poza bilər. Gəlir və hədiyyə istisna deyil. Onlar gözlədiyiniz qədər böyük olmayacaqlar.

Əkizlər - adi vaxtlarla müqayisədə münaqişə yaranması ehtimalı yüksəkdir. Ən kiçik məsələlərdə inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın. Mövqeyinizdən fərqli fikir eşidəndə aqressiv reaksiya verməyin.

Xərçəng - qarışıq və mürəkkəb gündür. Mühüm işləri bir qədər təxirə salın. Səbrli və soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq.

Şir - dostlar və həmfikirlərlə ünsiyyət, dəstəyinizi almaq istədiyiniz insanlarla görüş üçün münasibdir. İşgüzar danışıqlar yaxşı nəticə verəcək. Əyləncə isə ümidləri doğrultmayacaq.

Qız - günün ilk yarısı çətin, mürəkkəb, laübəlidir. Problemlərin sayı artacaq. Səfər, səyahət və alış-veriş üçün münasib gün deyil. Maraqlandığınız işlə məşğul olun. Emosional durumunuzu kontrolda saxlayın.

Tərəzi - səhhətinizə fikir verin. Müvəqqəti halsızlıq, soyuqdəymə və ya zökəm ehtimalı var. Fiziki işlər ağır olmamalıdır. Özünüzü çox yormayın.

Əqrəb - yaşlı qohumların məsləhətləri sizə yardım edə bilər. Günün ikinci yarısında problemlərinizi inandığınız insanlarla müzakirə edin.

Oxatan - özünüzün də səhvlərə yol verdiyinizi etiraf etmək istəmirsiniz. İnformasiya axınında özünüzü itirməyin. Aldığınız məlumatlar arasında səhih və yalan olanları müəyyənləşdirin.

Oğlaq -  yaxın ətrafınızdakı insanlarla münasibətlər gərginləşə bilər. İndiyədək əla münasibətlərdə olduğunuz insanlarla belə, dil tapmaq çətinləşir. Başqalarına sinirlənirsiniz.

Dolça - köç, təmir, interyer dəyişikliyi məsləhət deyil. İstənilən texnikadan istifadə edəndə diqqətli olun. Səfər və ya səyahət çox vaxt alacaq. Axşam saatlarında stresslərdən qurtularaq dincəlməyə çalışın.

Balıqlar - planları sürətlə dəyişmək lazımdır və bu, təbii ki, sizi sevindirmir. Əvvəlcədən qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyir, amma bunu mövcud situasiyada necə etmək gərəkdiyini bilmirsiniz.

Milli.Az

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »