Şirvanın icra başçısının müavini koronavirusdan vəfat edib
11 dekabr, 2020 [19:34]
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, E. Ağayeva koronavirusdan müalicə olunduğu tibb müəssisəsində vəfat edib.