Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronavirisun ikinci dalğası üçün hazırlıq işləri görülməyib, səhvlərini insanları evdə oturmaqla malalayırlar” - Həkim
koronavirus
“Bütün dünyada pandemiyanın ikinci dalğasının zirvəsindən bəhs edilir. Bütün ana xəbər bülletenlər koronavirus statistikası ilə açılır. Birinci dalğadan daha dağıdıcı olan ikinci dalğa ölkəmizdə də hamını narahat edir. Artıq biz bilirik ki, birinci dalğadan sonrakı dövrə təsadüf edən 4-5 ayda (iyul-noyabr) heç bir hazırlıq işləri görülməmiş, “zamanı gələndə baxarıq” məntiqi ilə hər şeyi zamana buraxmışlar”.

Bunu Bizimyol.info-ya həkim-farmakoloq Müşfiq Hüseynov bildirib.

Həkim qeyd edib ki, epidemioloqlar, virusoloqlar, dietoloqlar və sıravi insanlar tərəfindən dəfələrlə 5 ay sərt karantin rejimi olmaz deyildi: “4 ay SMS-lə çıxış izni ilə yaşamaq olmaz, insanlara yayda pozulmuş immun sistemlərini bərpa etməyə imkan vermək lazım idi. İnsanlar havaya çıxmalı, dənizə getməli, meyvə yeməli idi. Amma buna fikir verən olmadı. Dəniz havalar soyuyanda açıldı, rayonlara gediş-gəliş isə tətil bitəndən sonra. Kökündən yanlış qərarlar idi.

Bu gün eyni stiuasiya ilə üz-üzəyik. Əgər diqqət etsəniz, son günlər test sayında artım var, amma xəstə sayı dəyişmir. Deməli, aktiv xəstələrin sayında azalma başlayıb. Bununla belə ölüm sayı artıb, ya da dəyişmir. Bu fakt bütün dünyada müşahidə olunur. Bu da onu göstərir ki, ikinci dalğanın zirvəsini keçmişik. Bundan sonra hər həftə koronavirisa yoluxanların sayında azalma olacaq”.

Həkim bildirib ki, maska məcburiyyəti, şəhid dəfnlərinin bitməsi və havaların soyuqlaması istənilən halda saya təsirini göstərəcək. Mən əminəm ki, say yaxın həftələrdə mütləq azalacaq. Yenidən SMS sisteminİN tətbiq olunmasının bunda heç bur rolu olmayacaq, ola da bilməz. Çünki xəstəlik artıq evlərin içindədir, küçədə deyil. Xəstəsi olmayan ailə barmaq sayında qalıb. Bunun statistikasını əvvəldən də düzgün aparmırdılar, indi isə ümumiyyətlə sayan yoxdur. Bu heç mümkün də deyil, insanlar ağırlaşmadıqca xəstəxanaya getmir. Yüzminlərlə insan evdə müalicə alır. Yenə deyirəm, SMS sistemi günü qurtarma çabasından başqa bir şey deyil. Problemi müvqqəti təxirə salmaqdır”.

M.Hüseynov bildirib ki, Azərbaycana hamıya yetəcək qədər peyvənd ən yaxşı halda 2021-ci ilin ikinci yarısında gələcək: “Nazirlər Kabineti yanında Operativ Qərargah yanlış yoldadır və öz taktiki səhvlərini insanları evdə oturmaqla malalayır. Çox güman ki, fevral-mart-aprel aylarında sonuncu, 3-cü dalğa gələcək. Xalqı hələ 5 ay da evdə ac saxlamq istəyirlər?!”

Ramid İbrahimov

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
Son xəbərlər
Bütün xəbərlər »