Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda polislə etirazçılar arasında toqquşma olub
Ermənistanda etiraz aksiyaları davam edir, onlarla insan saxlanılıb

Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar və polis arasında yenidən qarşıdurma yaşanıb.

Bizimyol.info “İnterfaks”a istinadən xəbər verir ki, polis İrəvanın Opera Teatrının yaxınlığında Fransa Meydanında mitinq keçirilməsinə icazə verməyib.

Müxalifət dekabrın 11-də keçirdiyi yürüşü “Ləyaqət marşı” adlandırıb. Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Aksiyada 40-dan çox şəxs tutulub.

Qeyd edək ki, noyabrın 10-na keçən gecə Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentlərinin atəşkəs və sülhməramlıların Dağlıq Qarabağa köçürülməsi, eləcə də işğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalamasından sonra Yerevanda kütləvi etirazlar başlayıb.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »