Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidin ailəsinə yazdığı son mesaj ürək dağlayır
Kamran Vəlizadə

“Canım atam, anam, bacım.

2 gündür yaralıyam, kömək də gəlmir. Bu gün 23 oktyabrdır. 21 oktyabr yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burda.

Əgər şəhid olsam haqqınızı halal edin, heç vaxt pis olmayın. Başınızı dik tutun. İnşallah cənnətdə görüşərik.

Özünüzü qoruyun.

Sizi çox istəyirəm”.

Bu mesajı əsgər Kamran Əkpər oğlu Vəlizadə müharibə başlayandan bir ay sonra , oktyabrın 23-də yazıb valideynlərinə. Son mesajı olub. Qubadlı uğrunda döyüşlərdə həlak olub. Yaralı halda köməyinə yardım gəlməsini gözləyərkən kim bilir nə ağrılar keçirib, nələr düşünüb.

Məkanın cənnət olsun, şəhidim... Qanın bahasına yaşatdığın zəfər əbədi, adın dillər əzbəri olsun.

Yaralılara niyə vaxtında yardım getmir deyənlərə isə bildirək ki, döyüş şəraitində hər şey asan alınmır. Yollar atəş altında olduğu üçün dağılır, minalanır.

İlhamə

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »