Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qızını qaçıracam” deyən əsgər sevgisini hərbi geyimə qurban verdi - Video
Ayaz Orucovdur

Onu hamı çəkdiyi şən bir video ilə tanıdı. Öncə elə bildik zarafat edir. Sevdiyi qızın anasına baməzə mesaj göndərib “Qərib Seyidin cəddi haqqı , qızı mənə verməsən qaçıracam, sən də Paşinyan Şuşaya durbinlə baxan kimi baxacaqsan bizim evə” demişdi. Qızı ya ver, ya da ver deyib Azərbaycana səs salan bu cəsur əsgərimizin adı Ayaz Orucovdur. Şirin ləhcəsindən də göründüyü kimi Tovuz rayonunun yetirməsidir.21 yaşı var.

Bizimyol.info-ya verdiyi açıqlamada əsgərimiz bu maraqlı əhvalatın sonluğu barədə danışdı.

“Qızın valideynləri gördülər ki, sözümün üstündə duracam, qızı qaçırdacam, əlaqə yaratmağıma əngəl oldular. İndi onunla danışa bilmirəm, Nömrəsini, telefonunu qırıblar ki, danışa bilməyək. Valideynləri qızı mənə niyə vermir bilmirəm.Yəqin qızlarını əsgərə vermək istəmirlər.Bu formada olan oğlandan onların xoşu gəlmir. Bir anam var. Deyir kiminlə evlənsən xoşbəxt ol, əsas sən istə.Mənə dəstək olur. Sevdiyim qızla qonşu küçələrdə yaşayırdıq. Tovuz rayonunda. Uşaqlıqdan tanıyırdım”,- deyir əsgərimiz.

Döyüş yolu barədə də bir neçə kəlmə deyir. Ölməkdən yalnız bircə şey üçün qorxub. Anasının göz yaşları axmasın deyə. “1999-cu ildə anadan olmuşam. Müharibə görməmişəm. Füzulinin alınmasında ilk döyüşə girdim. Allaha yalvarırdım ki, şəhid olsam parçalanım, anam üzümü tanımasın. Üzümü tanısa o da öləcəkdi. Allaha şükür müharibə bitdi və mən sağam. Anam ağlamayacaq.Əsgəri xidmətimi 2 il öncə başa vurmuşdum. Müharibə başlayan kimi könüllü yenidən ərizə verdim. Sentyabrın 21-dən mən hərbi hissədəyəm”. Müharibə bitdikdən sonra məzuniyyət alıb evə gələn Ayaz qaçırmaqla hədələdiyi qızdan hərbi geyiminə görə ayrılmalı olub, belə qərara gəlib. Daha doğrusu fərqli düşünməyə başlayıb. Deyir ki, qohum olursan ki, arada sülh olsun, düşmən olmaq üçün evlənməzlər. Mən elə bir qızla evlənəcəm ki, o da ailəsi də əynimdəki formaya hörmət etsinlər.

Döyüş günlərində əsgər dostlarına da baməzə söhbətləri ilə ruh yüksəkliyi verən igid əsgərimiz, tale sənin yollarını rəvan etsin, gözəl etsin. Öz dediyin kimi, ömür gün yoldaşın da ürəyinin sevdiyi, səni də olduğun kimi sevən, əsgər paltarına ən az sənin qədər hörməti olan bir vətən övladı olsun. Səadət ən çox sənin haqqındır.

İlhamə

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
Son xəbərlər
Bütün xəbərlər »