Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənc rəssam Yelo Banka çəkdiyi rəsmi hədiyyə etdi
Yelobank

Çətinliklər əsl istedad üçün əngəl deyil. Bu sözlər bizim gənc rəssamımız Könülü çox düzgün təsvir edir. O, ətraf aləmin səslərini eşitməsə də, sözlə ifadə edə bilməsə də, rəsmləri ilə bütün gözəllikləri necə çatdıracağını yaxşı bilir.

Gənc olmasına baxmayaraq, əsərləri müsabiqələrdə yer tutur və sərgilərdə iştirak edir. O, fəaliyyətini genişləndirmək məqsədi ilə 2 il əvvəl Özünəməşğulluq proqramına müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilən bu proqram çərçivəsində banklar fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımızı istehsal və ya xidmət avadanlığı ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik bizneslərini qurmağa və mövcud fəaliyyətlərinin genişləndirilməsinə dəstək olmaqdır.

Bu tip sosial layihələrin reallaşdırılmasına xüsusi əhəmiyyət verən və özünüməşğulluq proqramına ilk qoşulanlar banklardan olan Yelo Bank Könülü və bir neçə müraciətçinin maliyyələşdirilməsini öz üzərinə götürdü. Onlara fəaliyyətlərinin daha da inkişaf etdirilməsi üçün lazımi alətlər, materiallar və avadanlıqlar təqdim olundu.

Gənc və istedadlı rəssam minnətdarlıq əlaməti olaraq çəkdiyi rəsmi Yelo Banka hədiyyə etdi.Yelo ailəsi adından bankın ofislərindən birini bəzəyəcək gözəl hədiyyəyə görə Könülə təşəkkür edir, ona yaradıcılığında uğurlar arzulayır.

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »