Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
VTB (Azərbaycan) Facebook və WhatsApp vasitəsilə beynəlxalq pul köçürmələri xidmətini işə salıb
PRESRELIZ-CARD-TO-CARD

Bank VTB (Azərbaycan)-ın müştəriləri filiala gəlmədən digər ölkəyə pul köçürmək imkanı əldə ediblər. Çat-bank Direct-də mövcud olan “Beynəlxalq pul köçürmələri” xidməti WhatsApp və ya Facebook Messenger – də VTB (Azərbaycan)-ın Visa kartlarından xarici bankların Visa kartlarına pul köçürməyə imkan verir.

Köçürmənin maksimal məbləği gün ərzində 1000 dollar və ay ərzində 10000 dollardır (və ya digər valyuta ekvivalenti). Komissiya vəsaitin göndərildiyi ölkədən asılı olmayaraq köçürülən məbləğin 1% -ni təşkil edir.

Pul köçürmək üçün WhatsApp və ya Facebook mesencerlərində Direct çat-bankında qeydiyyatdan keçmək lazımdır. WhatsApp istifadəçiləri əsas menyuda “Köçürmələr”, Facebook Messenger istifadəçiləri isə “Ödənişlər”, daha sonra “Card to Card köçürmələri” funksiyasını seçməlidirlər. Açılan pəncərədə “Beynəlxalq köçürmələr” bölməsinə daxil olub və vacib olan xanaları (kartın və vəsaiti alan şəxsin adı) doldurmaq lazımdır. Vəsait hesaba dərhal köçürülür.

“Bank əməliyyatlarını elə mesencerlərdə həyata keçirməyə imkan verən çat-bank Direct müştərilərimiz arasında çox populyardır. Biz də istifadəçilər üçün xidmət siyahısının genişləndirilməsi istiqamətində daim çalışırıq. İndi Visa kart istifadəçiləri üçün Direct-də kartdan karta beynəlxalq pul köçürmələri xidməti mövcuddur.

Doğmalarınıza pul köçürmək indi sadə və rahatdır” – deyə, bank VTB (Azərbaycan)-ın “Rəqəmsal bank” layihə ofisinin rəhbəri Kamila Şahbazova bildirib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »