Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səfərlərinə imkan verən protokolun imzalanmasından məmnunuq
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında 9-10 dekabr 2020-ci il tarixlərində dost və qardaş Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinə imkan verən protokolun imzalanmasından böyük məmnunluq duyuruq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsindən dərhal sonra 25 fevral 2020-ci il tarixində iki ölkə vətəndaşlarının vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılmışdı: “Türkiyə xarici işlər naziri azərbaycanlı həmkarı ilə 10 dekabr tarixində imzaladığı bu protokolla iki ölkə vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə Türkiyə və Azərbaycana gedə biləcəklər”.

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Azərbaycanda vulkan püskürüb
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »