Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ərdoğanın Bakıda dediyi şeirdən narahat oldu - Foto
Rəcəb Tayyib Ərdoğan

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında iştirak edənTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı “Laçın” xalq mahnısından bir bənd bayatı səsləndirib.

Arazı ayırdılar,

Qəm ilə doyurdular,

Mən səndən ayrılmazdım,

Zülm ilə ayırdılar.

Bu bayatını sosial şəbəkə istifadəçiləri Cənubi Azərbaycana mesaj kimi qiymətləndiriblər. Elə İranda da bu çıxış böyük narahatlıq oyandırıb.İranın xarici işlər naziri Cavd Zərif öz Tvitter hesabında bu məsələyə kəskin reaksiya bildirib. O qeyd edib ki, Cənubi Azərbaycan İranındır, kimsə o barədə danışa bilməz.

“Ərdoğana deməyiblər ki, Bakıda səhvən dediyi şeir Arazın şimal hissəsinin zorla doğma İrandan ayrılmasına aiddir. O başa düşürmü ki, bu şeiri deməklə Azərbaycanın suverenliyinə qarşı çıxış edib? Heç kim əziz Azərbaycanımız (Güney Azərbaycan - red.) barədə danışa bilməz"- deyə İran rəsmisi yazıb.

İlhamə

Zərif

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »