“Ermənilər azərbaycanlıları tarixi torpağı İrəvandan, Zəngəzurdan, Göyçədən deportasiya ediblər. Azərbaycanlıları əzəli torpaqlarından qovduqdan sonra onlara aid abidələri, məscidləri və ziyarətgahları məhv ediblər. Ermənilərin deportasiya etdikləri azərbaycanlılar öz yurd-yuvalarına mütləq qayıtmalıdırlar”.
Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, İrəvana, Zəngəzura və Göyçəyə qayıdan azərbaycanlılar orada sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar.
Deputat bildirib ki, Vətən müharibəsinə həsr olunan Zəfər paradı yüksək səviyyədə təşkil olunub: “Parada nümayiş olunan müasir silah və texnikalar Azərbaycan dövlətinin güclü olmasının növbəti bir təzahürü idi. Azərbaycan heç zaman işğalla barışmayacağını, düşmənin nə vaxtsa başını qaldıracağı halda onun başını əzəcəyini qeyd etdi”.
Ceyhun Məmmədov bildirir ki paradda Türkiyə prezidenti böyük heyətlə iştirakını yüksək dəyərləndirmək lazımdır: “Bu, Azərbaycan Türkiyə əlaqələrinin yüksək olmasının göstəricisidir”.
Ramid İbrahimov