Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşayış yerini tərk etmiş 5 nəfər COVİD-19 xəstəsi ilə bağlı araşdırma aparılır
Sumqayıtda karantin qaydaları ilə bağlı reyd keçirilib

Masallı, Cəlilabad və Astarada polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 5 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Masallı rayon sakini Z.Rəhimov, Cəlilabad rayon sakinləri Y.Şirəliyev və F.Ağayev, Astara rayon sakinləri N.İsmayılova və Ə.Əkbərova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »