Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüngül“Covid-19” xəstələrinin müalicəsi necə aparılmalıdır? - Həkimdən açıqlama
Karantin koronavirus maska dezinfeksiya

“Covid-19”-a yoxluxanların sayı durmadan artmaqdadır. Bu tip xəstələr 3 yerə bölünüb. Xəstəliyi yüngün, orta ağır, ağır formada keçirənlər. Xəstələrin çoxu evdə müalicə alır. Düzgün olmayan müalicələr etdikdə daha pis fəsadlara yol aça bilərik.

Yüngül “Covid-19” xəstələrinin müalicəsi necə aparılmalıdır?

Həkim Şahin Məmmədov Bizimyol.info-nun suallarını cavablandırıb.

“Yüngül xəstə onlara deyirik ki, testi pozitiv çıxıb amma pnevmoniyası və hipoksiya əlamətləri yoxdu. Qızdırma, baş ağrıları, əzələ ağrıları, dad və iy bilmə itməsi, burun tutulması, boğazda qıcıqlanma və arabir quru öskürək ola da bilər, olmaya da bilər.

Diaqnoz burun udlaqdan götürülmüş yaxmada PCR vasitəsilə qoyulur. Qan analizləri ilə covid diaqnostikası artıq məsləhət olunmur.

Müalicə yalnız simptomatikdir. Əzələ və baş ağrılarına ya qızdırmaya görə parasetamol ya ibuprofen içə bilərsiz. Yaxşı qidalanmaq, bol maye içmək lazımdır. Vitaminlər edə bilərsiz. Polivitamin kompleksi 1-2 tablet gündə.

Başqa heçç nə! Nə deksa, nə sistem, nə immun modulyatorlar, nə antivirus, nə antibiotik, nə də antikoagulyant”.

Həkimin sözlərinə görə, xəstə izolyasiya olur, 10 gün keçdikdən sonra əgər temperatur salıcı dərmanların təsir müddəti bitibsə, 24 saat ərzində temperatur 37.5 dən azdırsa, xəstəliyin əlamətləri keçib və ya azalıbsa həmin şəxs sağalmış hesab olunur.

“+3 gün ərzində nəzarət olunur. Əgər temperatur olmadısa izolyasiyaya da artıq ehtiyac yoxdur. İşə çıxa bilərsiniz”.

Yüngül xəstələrin ağırlaşma ehtimalı vardır. Lakin bu ağırlaşmanın qarşısını alacaq dərman yoxdur, profilaktik antibiotik yazmaq lazım deyil. Əgər ağırlaşma olarsa orta ağırlıqlı və ya ağır Covid xəstəsinin müalicəsi başlanacaq”,-deyə həkim bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »