Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kimsəsi olmayan şəhidimiz - Onun doğmaları biz hamımız olaq!
Şəhid Əli Əliyev

Bu zəfər hamımızındır, qazilərimizin yaraları hamımızındır,şəhidlər də hamımızın. Oğul var evdən gedər, oğul var eldən gedər. Vətən savaşına qatılıb şəhidlik zirvəsinə yüksələn bütün igidlərimiz eldən getdilər. Onlar üçün bir ana yox, bütün analar göz yaşı tökdü, bütün bacılar onları öz qardaşı bilib qürur duydular. Və bu illər ötsə də belə qalacaq. Şəhidlərimizin hamısını xatırlamaq üçünsə hamısını tanımaq, tanıtmaq lazımdır. Aralarında heç kimi olmayan, tənha insanlar da var. Onların kimsəsi, yaxını biz olaq, xatirələrini biz əbədiləşdirək.

Neçə gündür şəhid və qazilərimiz barədə yazılar yazıram. Haqqında söz dediyim hər aslan mənim üçün doğmalaşır, şəklini hansısa xəbər portalında görüncə “Salam şəhidim” deyirəm. Heç tanımadığım çoxlu sayda insanlar yazır, zəng edir uzaq rayonlardan. Şəhidlərimiz, qazilərimiz barədə məlumatlar verir, əlaqə saxlamam üçün ailələrinin nömrələrini göndərirlər. Hər kəs onlar üçün əlindən gələni bir şəkildə etməyə çalışır. Bu gün bir kimsəsiz şəhidimiz barədə danışdılar mənə. Onun kimsəsi mən olacam, siz olacaqsız, bütün Azərbaycan olacaq.

O, arxasında onu gözləyən bir cüt göz , özündən sonra dünyada bir nişanəsi qalmayan şəhidimiz Əlidir. Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltıda şəhid olub Əli balamız. Ailənin tək övladıydı. Anası 2017-ci ildə, atası 2020-ci ildə vəfat edib. Ölümünə layla çalaraq, son mənzilə yola salacaq anası yoxdur. Eli obası var. Bu dürüst, mərd cavanın xatirəsini yaşatmaq üçün də onlar bizə üz tutublar. Əlinin də adı çəkilsin, bilinsin, tanınsın deyirlər. Kimsəsiz şəhidimizin kimsəsi biz olaq, bütün Vətən olsun deyirlər.

Əliyev Əli Ələsgər oğlu 1997-ci ildə Fizuli rayonunda anadan olub. 5-ci sinifə qədər Fizuli rayonunun işğal altında olamyan kəndində yaşayıb. Sonra ailəsi ilə birlikdə Qobuya köçüb. Qobuda 1 saylı ora məktəbdə təhsil alıb, 9-cu sinifdən məktəbdən çıxıb peşə təhsilinə üz tutub. Qaynaq ustası peşəsinə yiyələnib. 2016-cı ildə hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidmətdə nümunəvi davranışı ilə fərqlənib, çavuş və manqa komandiri olub. Hərbi xidmətdən döndükdən sonra bir müddət mühafizəçi kimi işə başlayıb. Sentyabrın 27-də döyüşlər başlayarkən dərhal səfərbərliyə alınıb və müharibəyə yola düşü.Bir neçə rayonumuzun azad edilməsi əməliyyatlarında iştirak edib. Yüngül yaralanıb, lakin hospitalı tez tərk edib, yendiən döyüş yoldaşlarına qoşulub.

Döyüş vaxtı Əliylə birlikdə döyüş yoldaşı da yaralanıb. Yaralaıları döyüş meydanından çıxararkən deyib ki, dostumu aparın mən yaxşıyam dözərəm və döyüşə davam edib.Daha ağır yara alıb. Yaralıları aparanlar Əlini aparmağa gələndə boğazından aldığı güllə yarasından öldüyünü görüblər.

Əli Qobu qəsəbəsində dəfn edilib. Cismi torpağa tapşırılsa da, ruhu göylərdə, xatirəsi qəlbimizdədir.

Əli, igid balam, düşmənlə son döyüşündə yaralanıb, gözlərin göylərə zillənərkən, nə düşünmüşdün can şəhidim? Yəqin ki, şəhadət şərbətin içib, şəhidlər karvanına qoşulmağınla qürurlanmışdın. Qanın töküldüyü yerlər, o müqəddəs torpaqlar üzərində gəzir xəyalım və sənə anan əvəzi bir layla demək gəlir ürəyimdən.

Bu dağlar ulu dağlar

Çeşməli , sulu dağlar

Burda bir igid ölmüş

Göy kişnər, bulud ağlar.

Rahat uyu, nur içində yat, şəhidim. Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq.

İlhamə Rəsulova

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »