Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədrinin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Bizimyol.info xəbər verir ki, Hesablama Palatası sədrliyi vəzifəsinə əvvəlki sədr Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra V.Gülməmmədovun namizədliyi təsdiq edilib. V.Gülməmmədov ona yenidən etimad göstərilməsinə görə deputatlara təşəkkürünü bildirib.