Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Polad generalımız şimşək kimi gəldi və sanki qisas günümüzün yaxınlaşdığını göstərdi”
Polad Həşimov

“44 günlük müharibə 30 il davam edən böyük müharibənin son akkordu idi. Əslində Qələbəmizin ilk tarixçəsi Mübariz İbrahimovdan başlamışdı”.

Bizimyol.info xəbər verir ki, bu sözləri açıqlamasında araşdırmaçı jurnalist Bəybala Mirzəyev bildirib.

“Bəli, düz 10 il bundan öncə gizir Mübariz öz şücaəti və şəhadəti ilə bütün azərbaycanlıların ruhunu silkələdi. Sonra 2014-ci ilin Avqust şəhidləri və 2016-cı ilin Aprel şəhidləri Qələbə tariximizin növbəti səhifəsini yazdılar. Daha sonra (2020-ci ilin iyulunda) Polad generalımız şimşək kimi gəldi, biz azərbaycanlılara döyüş generallarını sevdirdi, ermənilərin isə yuxularını qarışdırdı və sanki qisas günümüzün yaxınlaşdığını göstərdi və bir ay sonra (sentyabrın 27-də) 44 günlük epopeya başladı. Biz bu savaşın adını Vətən Müharibəsi qoydu. Çünki tarixdə ilk dəfə 10 milyon insanımızın hamısı Qarabağ üçün birləşdi. Güneyli soydaşlarımız isə dirçəlişimizə için-için sevindilər. Nəhayət, bu gün bu epopeya Azadlıq Meydanında Zəfər marşı ilə yekunlaşdı.

Beləcə, Qarabağın azadlığından Azadlıq Meydanına qədər uzanan böyük bir mücadilənin canlı şahidlərinə çevrildik.

Bəlkə də 100 il sonrakı azərbaycanlılar bizə - bu günkü azərbaycanlılara qibtə hissi ilə baxacaqlar.

Gizir Mübarizlə general Poladın həmmüasirləri olduğumuz üçün! İlk Zəfər paradına şahidlik etdiyimiz üçün”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
Son xəbərlər
Bütün xəbərlər »