Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ana məni bağışla” - Şəhidin son sözləri
Şəhid Elman Əliyev

Qanı ilə tarix yazan oğullarımızdan biri də Elman Əliyevdir. O, 1994-cü il də Mingəçevir şəhərində dünayaya göz açmışdı. Elman həm idmançı, həm də musiqiçi idi. Vətən müharibəsi başlayan gündən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidin atası Rakif Əliyev deyir ki, Elmanın vətənə bağlı, qorxmaz, igid bir gənc idi.

“Hərbdə işləyən vaxtı evə gəlirdi uşaqlara deyirdi ki, mənim ağ atım var. Uşaqlar maraqlanırdılar ki, əmi bəs hanı ağ atın? Deyirdi ki, tankımı deyirəm.

Həmişə işlədiyi yerlərdə öz hərəkətlərinə, davranışına görə, hörmət sahibi olub”.

Şəhidin anası Aygün xanım bildirir ki, Elman sanki şəhid olacağını öncədən hiss etmişdi.

“Sentyabrın 28-i telefonla danışdıq. Arxadan atışma səsləri çox dəhşətli gəlirdi. Axırıncı sözü o oldu ki, ana məni bağışla. Sanki bilirdi ki, sonuncu dəfə danışırıq.

İndi ondan geriyə qalan qazandığı diplomlar, medallar və şərəfli şəhid adı oldu”.

Leyla Mirzə

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Navalnı Moskvada saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »