Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Prezident söz xatirinə “İrəvan, Göyçə, Zəngəzur mahallarının qədim Azərbaycan torpaqlarıdır” demədi” - Deputat
Nəsib Məhəməliyev

“Zəfər Paradını izləməkdən, onu yaşamaqdan gözəl nə ola bilər. Bu möhtəşəm tarixi bizlərə yaşatdığı üçün Müzəffər Azərbaycan Ordusuna, Ali Baş Komandan İlham Əliyevə ölkədə və xaricdə yaşayan milyonlarla soydaşlarımız dərin minnətdarlıq hisslərini bildirirlər”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, paradın başlanğıcında cənab Prezidentin əsgəri salamlama missiyasını qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğana tanıması, onun müharibənin başlandığı andan ölkəmizə verdiyi siyasi-mənəvi dəstəyə görə vəfa borcu kimi qiymətləndirilməlidir: “Çünki hörmətli Ərdoğan öz qətiyyəti, prinsipiallığı, Azərbaycana olan təmənnasız məhəbbəti ilə dünya Liderləri arasında seçilir. Uzun illər ərzində xalqımızın haqlı davasında daim yanımızda olmaqla, hər bir azərbaycanlının qəlbində yer almışdır. Ötən əsrin əvvəlində Nuru paşa, Ənvər paşa kimi dahi türk sərkərdələri Qafqaz İslam ordusu ilə birlikdə yenicə qurulmuş Cümhuriyyətin müdafiəsinə gəldilər. Azərbaycan xalqı hər zaman onların ruhunu əziz tutur, minnətdarlıqla xatırlayır. 102 il bundan əvvəl olduğu kimi, tarixi proseslər təkrar olunur”.

Deputat bildirib ki, qlobal geosiyasətdə Qafqaz coğrafiyası əhəmiyyətli yer tutur və super güclərin regiondakı maraqlarının neytrallaşdırılması vacib məsələdir: “Bu baxımdan Türkiyə kimi təbii strateji müttəfiqin, hörmətli Ərdoğanın timsalında dünya liderləri arasında xüsusi çəkiyə malik qardaşın olması olduqca zəruridir. Onun başçılığı ilə Türkiyə nümayəndə heyətinin böyük heyətlə Paradda iştirakı və xalqımızın sevincinə qatılması təbiidir. Bütövlükdə Türk xalqı, 44 günlük müharibənin hər gününü bizimlə sevinmiş, həyəcanla qələbəmiz üçün dualarını əsirgəməmişlər. İnformasiya sahəsində türk televiziya və mətbuat nümayəndələri səsimizi bütün dünyaya çatdırmışlar.

Ali Baş Komandan İlham Əliyevin “İrəvan, Göyçə, Zəngəzur mahallarının qədim Azərbaycan torpaqlarıdır” deməsi, tarixi faktlardır. Cənab Prezident artıq dəfələrlə əməli ilə sübut etmişdir ki, söz demək xatirinə heç nə demir. Məhz onun siyasi iradəsi, uzaqgörənliyi, beynəlxalq münasibətlər sistemini ən yüksək səviyyədə bilməsi, geosiyasi maraqları düzgün balanslaşdırması, xarici və daxili faktorları uzlaşdırmaq bacarığı nəticəsində, Azərbaycan möhtəşəm qələbəni əldə etmiş, tarixi ədaləti bərpa etmişdir. Qalan məsələləri zamana buraxmaq lazımdır.

“Bu texnikaları döyüşdə işlədə bilmiriksə, niyə alırıq” tipli sözlər artıq tarixin arxivinə atıldı. Özündən müştəbeh düşmənin darmadağın olması ilə nəticələnmiş qələbəmiz yeni reallıqlar yaratmışdır. Bu reallıqlar, 30 ilə yaxın müddətdə erməni vəhşilərinin cəhənnəmə döndərdiyi torpaqları cənnətə çevirməklə, dünyaya kimin-kim olmasını göstərməkdən ibarətdir.

Xalqımızı Zəfər Paradı münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »