Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir.
Bizimyol.info xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bu paradın bir daha dünyaya Azərbaycan və Türkiyənin yaxınlığını əyani olaraq nümayiş etdirdiyini bildirib.

“Bu paradı həm Ermənistan, həm də onların havadarlarına qarşı ciddi bir əzələ nümayişi hesab etmək olar. Əvvəlki paradlarda görmədiyimiz yeni texnikaların rəsmi olaraq ilk dəfə ictimaiyyətə nümayiş etdirilməsi, Azərbaycana qarşı silahlanma istiqamətində zəruri addınların dayanmadan artığını göstərir. Üçüncü tərəfdən isə Silahlı Qüvvələrimizin qoşun növlərinin silahlanmasında həm yerli, həm Türkiyə, həm Rusiya, həm Belarus və həm də digər ölkələrin silahlarının mövcud olduğunu rəsmi olaraq dünyaya bəyan etdik. Bu isə bizim yalnız Türkiyə silahları ilə döyüşləri qazandığımız barədə itdihamları alt-üst etdi. Bundan sonra da Azərbaycan ordusunun imkanlarının torpaqlarımızın müdafiəsini təmin edəcək səviyyədə olduğu bir daha ictimaiyyətə açıqlandı”,-deyə hərbi ekspert bildirib.
Leyla Mirzə