Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus politoloq: "Moskvanın "pomidor cavabı" Bakını və Ankaranı güldürdü"
İlham Əliyev ve Recep Tayyip Erdoğan

Rusiyalı politoloq, tarix elmləri doktoru Andrey Zubov dünənki paraddan sonra maraqlı və geniş bir məqaləylə çıxış edib. Müəllif son aylar Cənubi Qafqazda baş verənləri, Rusiya, Azərbaycan və Türkiyə münasibətlərini, eləcə də böyük dünya siyasətində dəyişən rolları qələmə alıb. Onun fikrinə görə, Rusiya Azərbaycanı böyük ölçüdə itirib, Putin isə siyasətdə Ərdoğana uduzmaqdadır. Bizimyol.info məqalədən əsas məqamları təqdim edir:

Andrey Zubov Andrey Zubov

"Bir ay əvvəl Cənubi Qafqazda sülh bəyannaməsi imzalananda Rusiya inadla deyirdi ki, Türkiyə Qarabağda qarantor rolunda olmayacaq, Türkiyə isə baş rolda olacağını gizlətmirdi və artıq o mövcuddur. Ötən bir ay göstərdi ki, Putin bərk yanılıb.Yeganə sual indi budur – Türkiyə təkcə sülhün qarantıdır?

Ermənistanda fikirlər dolaşır, guya Türkiyə və Azərbaycan indi istənilən an Ermənistanla birdəfəlik bitirmək üçün yeni müharibə elan edib 48 saata Yerevana daxil ola bilər. Ermənistana qarşı təcavüz həm Türkiyənin, həm də Azərbaycanın dünyadakı mövqelərinə ciddi zərbə vurar, bu halda quldur dövlətlərə çevrilərlər. Onlar buna getməyəcəklər.

Yerevandakı qaynar başlar Paşinyanı devirib revanşist davransalar həqiqətən sonluq Ermənistan üçün qaçılmaz və sürətli, daha fəlakətli olacaq. Ancaq ermənilər belə bir eksperimentə əl atmayacaqları qədər çox ağıllıdırlar. Onlar artıq başa düşüblər ki, ermənilər üçün heç kim savaşmayacaq. Nə Rusiya, nə Fransa, nə Tramp, nə də Bayden.

Ancaq Türkiyə dövləti Azərbaycan üçün vuruşacaq. İndi bu, daha aydın bir gerçəklikdir. Bu gün Bakıda zəfər paradı keçdi. Bu yürüşdə Azərbaycan və Türkiyə silahlı qüvvələri öz milli bayraqları və atributları ilə iştirak edirdilər. Parada ev sahibliyini Ilham Əliyev və Rəcəb Tayyib Ərdoğan etdi. Və mənə elə gəldi ki, Ərdoğan, deyəsən, Əliyevlə müqayisədə daha döyüşkən danışdı və Ermənistanı "Azərbaycanın dəmir yumruğu" ilə hədələdi. Türkiyənin yox, məhz Azərbaycanın. Bu mənada, Azərbaycanın yumruğu həm də elə Türkiyənin yumruğudur - bu yumruqlar bir bədənin iki qoludur. "Bir millət, iki dövlət" - bu şüarlar indi Azərbaycanın və Türkiyənin hər yerindədir. Bir sözlə, Rusiya Azərbaycanı itirdi…

İndi bütün bu xalqlar Moskvaya tərəf yox, Ankaraya tərəf baxırlar - Şimali Qafqazda da, Volqa boyunda da, Mərkəzi Asiyada da. Hələ uzaq Şərqdə Ərdoğanın Böyük Turan iddialarına qarşı baş qaldıran dördüncü düşməni demirəm - Sincanda özünün türk-müsəlman, Uyğur vətəndaşlarına dözülməz həyat şəraiti yaratmış kommunist Çin Xalq Respublikasını.

NTV telekanalının jurnalistləri İstanbulda həbs ediləndə, bu, bir diktatorun digərinə göndərdiyi aydın siqnal idi: bizim dostluğumuz bitdi - təsir uğrunda mübarizə başladı. Moskvanın gecikmiş pomidor cavabı rəsmi Bakını və Ankaranı sadəcə güldürdü. Bəhsə qoyulan artıq pomidor ticarətindən qazanılan kar deyil, torpaqdır. Beləliklə, pomidor və başqa meyvə embarqosuna, Ərdoğan Bakıdakı paradda dəmir mesajla cavab verdi", - deyə Andrey Zubov bildirib.

İlhamə

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »