Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada pandemiya ilə bağlı vəziyyət gərginləşir
Koronavirus xəstələri

Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfərə yüksəlib.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Pandemiyanın başlanğıcından dünyanın 220 ölkəsində COVID-19-a yoluxanların sayı 70 672 882 nəfərə çatıb.

Müxtəlif ölkələrin statistikasına görə, dünyada 1 587 352 insan infeksiyanın qurbanı olub, eyni zamanda virusa yoluxmuş 49 milyondan çox sağalıb.

Koronavirusdan ən çox ABŞ əziyyət çəkir. Bu ölkədə təhlükəli infeksiyaya yoluxanların sayı 16 017 418 nəfər təşkil edir. Birləşmiş Ştatlar ölənlərin sayına görə də dünyada liderlik edir. Bu ölkədə 299 511 insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »