Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarkozi ilə bağlı məhkəmə qərarı mart ayında veriləcək
Nikola Sarkozi

Paris məhkəməsi keçmiş prezident Nikola Sarkoziyə qarşı məhkəmə qərarını 1 mart 2021-ci ildə açıqlayacaq.

Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

23 noyabrda başlayan dinləmələr 9 dekabrda keçmiş prezidentin müdafiə tərəfinin, habelə keçmiş vəkili Tyerri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Jilber Aziberin çıxışı ilə sona çatıb. Sarkozi məhkəmə salonunda “ölkəsinin ədalətinin obyektivliyinə inandığını” bildirib.

9 dekabrda Milli Maliyyə Prokurorluğu Sarkozinin telefon dinləmə faktı ilə bağlı 4 il həbs cəzasına (onlardan ikisi şərti) məhkum edilməsini istəyib. Prokurorluq Erzoq və Aziber üçün də eyni cəza tələb edib.(apa)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »