Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 11 dekabr, 2020
Bürclər

Qoç - peşəkar fəaliyyət prosesində yaranan problemlər və çətinliklər ilk baxışda göründüyü qədər ciddi deyil. Çətinliklərdən qorxmasanız, uğur əldə edəcəksiniz.

Buğa - yarısında alış-veriş zamanı bədxərclik etməyin. Əyləncəyə pul xərcləməyə dəyməz. Maliyyə itkiləri, cərimə, oğurluq istisna deyil. Kompüter və ya smartfon almaq üçün münasib gün deyil. Alsanız, onlar tezliklə sıradan çıxacaqlar.

Əkizlər - xoşagəlməz görüş, əhvalınızı poza biləcək planlaşdırılmamış vizit ola bilər. Günün ikinci yarısında gərəkli məlumatın alınması çətinləşir. Sənədləşdirmədə problemlər yaranır.

Xərçəng - praktiki düşüncədə olsanız, çətinliklərə rəğmən irəliləyəcəksiniz. Birgə fəaliyyətdənsə bu gün müstəqil işləmək daha üstündür. Belədə fikriniz daha az dağılacaq, daha məhsuldar çalışacaqsınız.

Şir - diqqət, səliqə, detallara fikir verilməsini tələb edən ciddi, mühüm işlə məşğul olun. Çətin situasiyaya düşən insanlara yardım edin. Praktiki dəstəkdə fayda var.

Qız - rəğbət bəslədiyiniz insanlarla belə təmaslarda müəyyən problemlər yaranır.

Günün ikinci yarısında bədbinləşməyin, ruhdan düşməyin. Müsbət təmayüllərin təsiri artacaq, əhvalınız yaxşılaşacaq.

Tərəzi - yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Onların problemlərini anlamaqda çətinlik çəkirsiniz. Ətrafınızdakı insanlar isə sizin hisslərinizi və addımlarınızın motivlərini anlaya bilmirlər.

Əqrəb - evdə kiçik anlaşılmazlıqlar yaransa da, yaxınlarınızla münaqişənin formalaşmasına imkan verməyin.

Yaxınlarınız sizdən diqqət və qayğı gözləyirlər.

Oxatan - yaxşı, məhsuldar gündür. Ən müxtəlif tapşırıq və məsələlərin öhdəsindən gəlməyə, qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmağa çalışın. İşgüzar danışıqlar yaxşı nəticə verəcək.

Oğlaq -  peşəkar fəaliyyətinizdə qarşınızda yeni üfüqlər açan anlaşma və ya sövdələşməyə nail olacaqsınız.

Günün ikinci yarısında tərəfdaş və şəriklə intensiv məsləhətləşmələr aparmaq olar.

Dolça - xoş xəbərin alınması və ya son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.Ailə tədbiri, bayram yaxşı keçəcək. Qəfil hədiyyə ala bilərsiniz.

Balıqlar - münaqişələrdən yayının. Uğur qazanacağınıza şübhəniz olmasa da, kəskin rəqabət mübarizəsinə rəvac verməyin.

Milli.Az

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »