Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti: "Problem Ermənistanın hakimiyyəti ilədir"
Rəcəb Tayyib Ərdoğan

"Təbii bu gün Qardaşımla Qarabağ münaqişəsinin həllinin nə üçün bu günə qədər uzadıldığını ətraflı müzakirə etdik. Nə üçün otuz il Qarabağda bu zülm çəkdirildi. Minsk qrupu deyilən bu üçlüyün işi nə idi? Onlar dünyanın ən güclü ölkələri idi - Amerika, Rusiya, Fransa. Nə üçün vaxt bu qədər uzadıldı, niyə nəticə hasil olmadı? Məgər bunu həll edə bilməzdilərmi? Edə bilərdilər. Onda niyə vaxtı uzatdılar? Ancaq sonra xeyli müsbət mesajlar gəlməyə başladı. Bunların başında da Fransa. Daim Qardaşıma zəng edirdi, ondan nəticələr əldə etməyə çalışırdı. Təbii, bəzən bizimlə də əlaqə qurmaq istədi, amma doğrusu, biz də cavab vermədik. Çünki bilirdik ki, dərdləri başqadır".

"Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

Türkiyə Prezidenti deyib:

"Xüsusilə qardaşlarımız artıq bunu özümüz həll edəcəyik dedilər, addımı atdılar. Addımı atdıqdan sonra iş getməyə başladı. İş getməyə başladıqdan sonra biz cənab Putin ilə müzakirələr apardıq. Eyni qayda ilə bu işin diplomatik tərəfini xarici işlər naziri Mövlud bəy apardı. Xüsusilə bu məsələdə kəşfiyyat, müdafiə fəaliyyətləri aparıldı. Bütün bu fəaliyyətlərdən sonra vəziyyət xeyli fərqli şəkildə inkişaf etməyə başladı.

Xüsusilə mən burada cənab Putinin yanaşmalarını kənara qoya bilmərəm. Onun müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi və iş bu səviyyəyə qədər gəlib çıxdı.

Burada Qardaşım bir az əvvəl ifadə etdiyi platforma məsələsinə toxundu, - sözün düzü, mən də buna böyük önəm verirəm,- lazım gələrsə altılı bir platforma da yarada bilərik dedi. Bunu cənab Putin də qəbul etdi. O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur. Təbii ki, bu regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu gün də Qardaşıma dedim, əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Mənim ölkəmdə yüz mindən çox erməni var. Bunların arasında vətəndaşlıq hüququnu əldə edəni də var, əldə etməyəni də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünki bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmalıyıq".

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »