Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti: “Dedim ki, bu yolları bitirin, bir Şuşaya gələk”
Rəcəb Tayyib Ərdoğan

“Sən Qarabağı öz parlamentindən keçirdiyin bir qərarla “bura artıq bir dövlətdir, biz buranı bu şəkildə tanıdıq” demək haqqına sahib deyilsən”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Paşinyan da belə qərar qəbul etmir: “Sən Makron olaraq belə bir layihəni gətirib parlamentindən keçirməyə yönəlirsən! Demək ki, hələ siyasəti hələ öyrənməyib, dövlət idarəçiliyini də anlamayıb. Harada, nə və nə zaman olar, bunu da bilmirsən. Sabah, bəlkə də bu axşam mənə hirslənəcək, bu, ayrı məsələdir. Amma belə də olsa, biz haqqı söyləmək məcburiyyətindəyik. Söyləməsək, zatən, vəzifəmizi yerinə yetirməmiş olarıq”.

R. T. Ərdoğan qeyd edib ki, bu günkü mərasim fərqli bir durumu ortaya qoydu: “Artıq Azərbaycan bu yeni yaranan durumdan sonra inanıram ki, çox ciddi alt və üst infrastrukturu bölgədə yaratmaq istiqamətində addımlar atacaq. Yeni avtomobil, dəmir yolları çəkiləcək. Zatən, bu barədə Azərbaycan Prezidenti qərar verib. Naxçıvandan Zəngilana, Zəngilandan şimala yollar çəkildikdən sonra durum dəyişəcək. Dedim ki, bu yolları bitirin, bir Şuşaya gələk, Şuşada birlikdə olaq. Şuşa bir tarix. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizi və qazilərimizin ruhunu şad edər. Bu qədər qazilərimiz, şəhidlərimiz var. Qazilərimizə şəfa diləyirik. Şəhidlərimiz bu işə inanaraq şəhid oldular. Bütün bu şəhidlərin ruhunu şad etməyimiz lazımdır. Bu qazilər də boşuna qazi olmadılar, bu qazilik Qarabağı gerçək sahiblərinə qazandırmaq üçün idi və bunu bacardılar”.

Türkiyə Prezidenti vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti ilə görüşdə işğaldan azad olunmuş ərazilərdə bərpa və infrastruktur məsələləri ilə bağlı müzakirələr aparılıb: “İşğal altında olmuş həmin yerlərdə nə varsa, dağıdıb, məhv ediblər. Məscidləri, hətta kilsələri də dağıdıblar. Bunları anlamaq mümkün deyil. 20 il əvvəl gəldiyim zamanı necə Bakı vardı, bu gün necə Bakı var, tamamilə dəyişdi! İnanıram ki, Azərbaycan hakimiyyəti işğaldan azad edilmiş əraziləri də gecikmədən 3-5 il ərzində çox fərqli bir vəziyyətə gətirəcək. Bu qüdrət, bu gün İlham qardaşımda var. Çünki bunu isbatladı. İnanıram ki, bu yay gəldikdə belə inşallah, Qarabağın necə dəyişdiyini görəcəyik. Bundan heç bir şübhəm yoxdur”.

R. T. Ərdoğan qeyd edib ki, bu gün atılan imzalar sadəcə, bəzi simvolik imzalardır: “Hələ atılacaq çox imzalar var. Bu imzalarla bərabər inşallah, Azərbaycan, Qarabağ çox fərqli şəkildə yüksəlişinə davam edəcək”.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »