Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəfər paradında nümayiş olunan hərbi qənimətlər Ermənistanın obrazıdır” - Deputat
arn0ar1thb6et1ha

“Zəfər paradında göstərilən 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməndən götürdüyü hərbi qənimətlər Ermənistan dövlətçiliyinin nümayişidir. Həmin silah və texnikalar Ermənistanın obrazıdır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət daşlaşırdı: “Həmin məğlubiyyət bizi ağrıtmaqla yanaşı beynəlxalq məkanda simamıza nüfuzumuza təsir göstərirdi. Biz məğlubiyyət sindromundan xilas olduq, qalib xalq imicimizi əldə etdik. Qalibiyyət bütün sahələrin inkişafına müsbət təsir göstərəcək.

Azərbaycan və Türkiyə liderlərini dinləyərkən həm də ona görə şükür elədik ki, Zəfər paradı türk dünyasının birlik mərasimi oldu”.

Türkiyə və Azərbaycan münasibətləri yeni mərhələyə daşınır. Bu, qətiyyən hansısa dövləti regiondan sıxışdırıb çıxarmaq anlamına gəlməsin. Biz böyük qayıdışla Qarabağı zirejimizə çevirəcəyik. Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında kommunikasiyalar açılandan sonra İrəvan, Zəngəzur və Göyçə tam Azərbaycan xalqının və Türkiyənin vahid təsiri altında olacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »